Dənizdə batan 31 yaşlı kişinin meyiti tapıldı


Digərləri 14 İyl 2018 15:37:57 275 0

Dənizdə batan 31 yaşlı kişinin meyiti tapıldı

Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Son.az-a istinadən xəbər verir ki, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb. R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.