ETSN tikinti şirkətinə məcburi göstəriş verdi


Digərləri 14 İyl 2018 15:26:00 312 0

ETSN tikinti şirkətinə məcburi göstəriş verdi

Nəsimi rayonu, Cavadxan küçəsi 68 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bakı. Nəsimi rayonu, Cavadxan küçəsi 68 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 9 sot torpaq sahəsinin hasara alındığı və hasar daxilində yaş köküstə 8-40 sm diametrində 12 ədəd müxtəlif cinsli ağacın olduğu müəyyən olunub. Ağacların zədələnməsi və kəsilməsi faktı aşkar edilməyib. Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi üçün “Fidan” MTK-ya ayrıldığı məlum olub.