Bakıda avtomobil alışdı


Digərləri 14 İyl 2018 14:45:00 303 0

Bakıda avtomobil alışdı

Bakıda avtomobil alışıb. 

Son.az-a FHN-dən hadisə ilə bağlı məlumat verilib.

Məlumata görə, paytaxtın Sabunçu rayonunda "KİA" markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın hadisə yerinə dərhal cəlb olunmuş yanğın bölmələri tərəfindən söndürülüb.