Qvardiola Mançesterdə katalon restoranı açıb


İdman 14 İyl 2018 14:35:00 319 0

Qvardiola Mançesterdə katalon restoranı açıb

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola restoran açıb. Goal.az xəbər verir ki, Mançesterdəki "Tast Cuina Catalana" adlı iaşə müəssisəsinin müştəriləri Kataloniya mətbəxinin təamlarını dadacaqlar. Üçmərtəbəli restoranda bar və açıq mətbəx fəaliyyət göstərir. Orada Kataloniyanın firma yeməkləri təqdim olunacaq.

Xosep Qvardiola İspaniyanın Kataloniya əyalətindədir. O, mayda Kataloniyanın müstəqilliyinə dəstək məqsədilə sarı lent gəzdirdiyi üçün 20 min funt sterlinq məbləğində cərimələnib.