Prezident İlham Əliyev “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu təsdiq etdi


Siyasət 14 İyl 2018 14:25:33 62 0

Prezident İlham Əliyev “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu təsdiq etdi

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində:

- Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- həmin qanunun 4.2-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması qaydasını və müddətini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

- həmin qanunun 4.15-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının formasını və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi qaydasını, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- həmin qanunun 8.2-ci maddəsinə uyğun olaraq, strateji ekoloji qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- həmin qanunun 17.1-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

- həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Müəyyən edilir ki, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun 4.2-ci maddəsində, 4.3-cü maddəsinin ikinci cümləsində, 4.4-cü maddəsinin birinci cümləsində, 4.5 - 4.7-ci, 4.12 - 4.15-ci, 4.18-ci, 4.20-ci maddələrində, 7.3-cü və 7.4-cü maddələrinin birinci cümlələrində, 8.1-ci (hər iki halda), 8.2-ci maddələrində, 8.3-cü maddəsinin ikinci cümləsində, 8.4-cü, 8.6-cı, 8.7-ci, 12.1.9-cu, 12.2.1-ci, 12.2.3 - 12.2.5-ci, 13.1.3-cü, 13.2.1-ci, 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir; həmin qanunun 4.2-ci, 4.15-ci, 8.2-ci və 17.1-ci maddələrində "orqan (qurum)" dedikdə Nazirlər Kabineti nəzərdə tutulur; həmin qanunun 4.3-cü maddəsinin ikinci cümləsində, 4.4-cü maddəsinin birinci cümləsində, 4.5-ci, 4.12 - 4.14-cü, 4.18-ci, 4.20-ci maddələrində, 7.3-cü maddəsinin birinci cümləsində, 7.4-cü maddəsinin birinci cümləsində, 8.1-ci (hər iki halda) maddəsində, 8.3-cü maddəsinin ikinci cümləsində, 8.4-cü, 8.6-cı, 8.7-ci, 12.1.9-cu, 12.2.1-ci, 12.2.3 - 12.2.5-ci, 13.1.3-cü, 13.2.1-ci və 17.2-ci maddələrində "orqan (qurum)" dedikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur; həmin qanunun 4.6-cı maddəsində "orqan (qurum)" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin qanunun 4.7-ci maddəsində "orqan (qurum)" dedikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamlaşdırma yerləri və kurortlara münasibətdə isə həmçinin Səhiyyə Nazirliyi nəzərdə tutulur.

MN: "Şəxsi heyətin xəstələnmə səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb" like
  • 14 İyl 14:20  
Digərləri MN: "Şəxsi heyətin xəstələnmə səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb"

2018-ci ilin hazırlıq planında qış tədris dövrü üçün şəxsi heyətin

arrow Ətraflı
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib like
  • 14 İyl 14:19  
Sosial Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib

İki saytın vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işl

arrow Ətraflı
Sevilla-nın qapıçısı Getafe-yə keçir like
  • 14 İyl 14:16  
İdman Sevilla-nın qapıçısı Getafe-yə keçir

Sevilla  qapıçısı David Soriyanın Getafe-yə transferi

arrow Ətraflı
Bakıda ata və qızını öldürüb qaçan sürücü barədə like
  • 14 İyl 14:07  
Digərləri Bakıda ata və qızını öldürüb qaçan sürücü barədə

Bakıda ata və qızını piyada keçiddə vuraraq hadisə yerindən qaçmaqda t

arrow Ətraflı
Mehmet Akarca: Türkiyə prezident idarə üsuluna keçməklə daha da güclənəcək like
  • 14 İyl 14:04  
Digərləri Mehmet Akarca: Türkiyə prezident idarə üsuluna keçməklə daha da güclənəcək

Türkiyə prezident idarə üsuluna keçməklə daha da güclənəcək.

arrow Ətraflı
Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılıb like
  • 14 İyl 14:03  
Digərləri Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılıb

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Bakı ş

arrow Ətraflı
Xəbərimiz olmadan cibimizə necə girirlər?! - ARAŞDIRMA like
  • 14 İyl 14:00  
İqtisadiyyat Xəbərimiz olmadan cibimizə necə girirlər?! - ARAŞDIRMA

Azərbaycanda mobil telefon istifadəçilərinə məcburi qaydada əlavə xidmə

arrow Ətraflı
Mustafanın arvadının İntizarla sevgili olduqlarını sübut edən VİDEO yayıldı  FOTO like
  • 14 İyl 13:58  
Digərləri Mustafanın arvadının İntizarla sevgili olduqlarını sübut edən VİDEO yayıldı FOTO

Mustafa Cecelinin ayrıldığı həyat yoldaşı Sinem Gedikin müğənni İnt

arrow Ətraflı
Şimşək çaxacaq, yağış yağacaq like
  • 14 İyl 13:51  
Digərləri Şimşək çaxacaq, yağış yağacaq

İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz

arrow Ətraflı
AZAL internet səhifəsində bilet satışını dayandırdı like
  • 14 İyl 13:50  
Digərləri AZAL internet səhifəsində bilet satışını dayandırdı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn bilet satışını dayan

arrow Ətraflı
Real Neymarla bağlı bəyanat yaydı like
  • 14 İyl 13:50  
İdman Real Neymarla bağlı bəyanat yaydı

Real Neymarla bağlı bəyanat yayıb. Goal.az xəbər verir ki, Madrid təmsil&

arrow Ətraflı