İzzətdən Müşfiqə: “Boyunu yerə soxum” VİDEO


Şou-biznes 14 İyl 2018 14:27:00 293 0

İzzətdən Müşfiqə: “Boyunu yerə soxum”  VİDEO

Əməkdar artist İzzət Bağırov Xəzər Televiziyasında yayımlanan "Obaşdannan" verilişində aparıcı Müşfiq Şahverdiyevə söz atıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, İzzət 16 il əvvəl baş verən hadisəni xatırladıb: "O vaxt məni "Azneft" dairəsində parodiya etdin, az qala səni maşın vurub "xosunvay" edəcəkdi. Onda heç bahalı telefonlar yox idi, dedin ki, dayanın min manatlıq telefonuma zəng gəlir. Başladın yalandan danışmağa ki, aşkım, hardasan? Kişi boyunu yerə soxum sənin".

Müşfiq də qarşı tərəfi cavabsız qoymayıb. İzzətin illər əvvəlki geyimini lağa qoyaraq qəhqəhə çəkib: "O nə şalvar-pencək idi, elə bilirdim, çuxola bürünmüsən".