MN: "Şəxsi heyətin xəstələnmə səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb"


Digərləri 14 İyl 2018 14:20:00 268 0

MN: "Şəxsi heyətin xəstələnmə səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb"

2018-ci ilin hazırlıq planında qış tədris dövrü üçün şəxsi heyətin tibbi təminatına aid nəzərdə tutulmuş tapşırıqlar bütövlükdə yerinə yetirilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə xəstələnmə səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb.

Son.az-ın "Azərbaycan ordusu" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Hərbi Tibb Fakültəsində keçirilmiş təlim-metodiki toplantıda çıxış edən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev deyib.

O bildirib ki, tibb hərbi hissə və müəssisələrinin müasir diaqnostik cihazlarla komplektləşdirilməsi xəstələrin tam müayinə olunmasına imkan yaradır.