"Aİ və NATOnun Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək Ali Baş Komandanın dünyada artan nüfuzunun göstəricisidir" FOTO


Digərləri 14 İyl 2018 13:54:00 296 0

"Aİ və NATOnun Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək Ali Baş Komandanın dünyada artan nüfuzunun göstəricisidir"  FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ali Baş Komandanın ölkənin iqtisadi inkişafı və ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə səsləndirdiyi fikirləri bir daha diqqətə çatdıran Z.Həsənov vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.


Xəbərə aid fotolar