Gəncə hadisələrində təqsirləndirilən daha üç nəfər həbs edilib


Digərləri 14 İyl 2018 13:24:00 311 0

Gəncə hadisələrində təqsirləndirilən daha üç nəfər həbs edilib

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən 1966-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Əliyev Akif İsmayıl oğlu həbs edilib.

Son.az xəbər verir ki, bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.

Əliyev Seymur Ceyhun oğlu 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın - "gununsesi.info" və "teref.info" vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.