Gəncədə törədilmiş terror aktında iştirakda təqsirləndirilən daha bir nəfər həbs edilib


Digərləri 14 İyl 2018 13:18:00 187 0

Gəncədə törədilmiş terror aktında iştirakda təqsirləndirilən daha bir nəfər həbs edilib

Gəncədə törədilmiş terror aktında iştirakda təqsirləndirilən daha bir nəfər həbs edilib.

Bakı. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən 1966-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Əliyev Akif İsmayıl oğlu həbs edilib. Trend-in məlumatına görə, bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib. Əliyev Seymur Ceyhun oğlu 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın – “gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb. Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıb. Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəkdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin