İstanbulun yeni hava limanından ilk reys Azərbaycana həyata keçiriləcək


Dünya 14 İyl 2018 12:27:00 303 0

İstanbulun yeni hava limanından ilk reys Azərbaycana həyata keçiriləcək

İstanbulun yeni hava limanından həyata keçiriləcək ilk reyslərin istiqamətləri açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Türkiyə Hava Yolları"nın baş direktoru Bilal Ekşi yeni aeroportdan ilk uçuşun ölkə daxilində Ankaraya, xaricdə isə Azərbaycana və Şimali Kiprə yerinə yetiriləcəyini deyib.

Qeyd edək ki, üçüncü hava limanında işlərin təqribən 90 faizi başa çatıb.