Şeyxülislam o şəxsi kafir elan etdi


Digərləri 14 İyl 2018 12:12:00 302 0

Şeyxülislam o şəxsi kafir elan etdi

Terrorun İslam dinində heç bir yeri yoxdur. İsada da, Musada da, Məhəmməd peyğəmbər səllalahu aleyhi və səlləmin gətirdiyi Quranda da bir insanı qətl etmək, müqəddəsliyə əl uzatmaq Allaha qarşı üsyandır. O adam kafirdir.

Son.az-ın teleqraf.com-dan aldığı məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Gəncə hadisələri barədə danışarkən deyib.

QMİ sədri qeyd edib ki, cəmiyyətdə dini ayrı-seçkilik müzakirə mövzusu ola bilməz:

"Dünyada baş verən hadisələrə, eləcə də yaxın qonşular və başqa ölkələrə baxanda görürük ki, bəzi qüvvələr İslamdan öz məqsədləri üçün istifadə edirlər. Əslində İslam sülh, qardaşlıq, dəyanət, dostluq dinidir. Dini məsələlərin yetərli olmadığını söyləmək yanlış haldır. Xüsusən Gəncədə Sovet dövründə təkcə "İmamzadə" və "Şah Abbas" məscidi vardı, bu gün isə onlarla məscid fəaliyyət göstərir. O məscidlər açıqdır, ibadətə yararlıdır. İnsanlar gedib ibadət edirlər, heç bir təzyiqə məruz qalmırlar. Şəxsən özüm oradan heç bir şikayət eşitməmişəm. Gəncə ziyarətgahı "İmamzadə"nin tarixi haqda dövlət rəhbərinə məlumat verdim, dördüncü İmamın oğlu Seyid İbrahimin kim olduğunu öyrənəndə prezident həzrətləri qərara aldı ki, "İmamzadə" gözəl şəkildə tərtib olunsun. Çoxlu miqdarda vəsait ayrıldı. Ölkə başçısı "İmamzadə"yə xüsusi diqqət yetirir".