"Gəncə hadisələri də göstərir ki, hüquqmühafizə orqanları ölkədə əməliyyat şəraitinə tam nəzarət edir"


Digərləri 14 İyl 2018 12:18:00 306 0

"Gəncə hadisələri də göstərir ki, hüquqmühafizə orqanları ölkədə əməliyyat şəraitinə tam nəzarət edir"

Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biridir və ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir.

Son.az xəbər verir ki, bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan milli və dövlət təhlükəsizliyinə təhdidin qarşısının alınması üçün çox mühüm tədbirlər həyata keçirir.

Politoloqun sözlərinə görə, Gəncədə baş verən son hadisələr də onu göstərir ki, hüquq-mühafizə orqanları ölkədə əməliyyat şəraitinə tam nəzarət edir.