Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə aksiya keçirdi (FOTO)


Digərləri 14 İyl 2018 11:49:43 290 0

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə aksiya keçirdi (FOTO)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə olub.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəydə olub. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, aksiyanın keçirilməsində məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Səyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iştirak edir. Aksiya zamanı ümumilikdə 15 nəfərlik peşəkar heyət 400-ə yaxın pasiyenti müayinə və müalicə edib, 10-a yaxın cərrahiyyə əməliiyatı aparıb: "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mürtəxəssiləri Gədəbəy sakinlərinin gün altında çox olduqlarını əsas gətirərək onlar arasında quru göz sindromu probleminin çoxluq təşkil etdiyini deyirlər. Eləcə də pasientlər arasında refraksiya anomaliyaları və göz travmaları ilə müraciət edənlər də var".