Ekoturizmin təşviqi və plastik tullantıların idarə olunması üzrə işçi qrupları yaradılıb


Digərləri 14 İyl 2018 11:40:00 264 0

Ekoturizmin təşviqi və plastik tullantıların idarə olunması üzrə işçi qrupları yaradılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən Son.az-a bildirilib ki, iclasda Şura tərəfindən son dövr ərzində görülən işlər barədə məlumat dinlənilib, cari məsələlər müzakirə olunub.

Nazirliyin fəaliyyətinin bugünkü aktual istiqamətləri nəzərə alınaraq bioloji müxtəlifliyin mühafizəsi və ekoturizmin təşviqi, ekoloji şəhərsalma və plastik tullantıların idarə olunması üzrə daimi işçi qrupların yaradılması təklifi müzakirə edilərək qəbul olunub.