OPEK Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZLARINI artırıb


Digərləri 14 İyl 2018 11:26:00 244 0

OPEK Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZLARINI artırıb

2018-ci ildə Azərbaycanda orta neft hasilatı sutkada 0,79 milyon barel təşkil edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə OPEK-in aylıq hesabatında qeyd olunub.

Hesabatda bildirilir: "2018-ci ildə gözələnilir ki, ölkədə neft istehsalı həcmi sutkada 0,01 milyon barel azalaraq 0,79 milyon barel təşkil edəcək".

Qeyd edək ki, OPEK-in iyun hesabatında Azərbaycanda 2018-ci il üzrə neft hasilatı sutkada 0,78 milyon barel proqnozlaşdırılmışdı.