Pakistanda 2 mitinqdə törədilən partlayışlarda ölənlərin sayı 132 nəfərə çatıb


Dünya 14 İyl 2018 09:53:00 312 0

Pakistanda 2 mitinqdə törədilən partlayışlarda ölənlərin sayı 132 nəfərə çatıb

Pakistanda parlament seçkiləri qabağı keçirilən iki mitinqdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb, 230-dan çox insan yaralanıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə rəsmi dairələr açıqlama yayıb.

Bildirilib ki, Bəlucistan əyalətinin Mastung şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb, 200-dən çox insan yaralanıb.

Bu şəhərdə törədinlən partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Qeyd edək ki, partlayışlar iyulun 13-də törədilib. Mastungdakı partlayış nəticəsində 20 nəfərin öldüyü, 40 nəfərin yaralandığı barədə məlumat yayılmışd. Ölənlər arasında bu yaxınlarda təsis edilən Bəlucistan Avami Partriyasının sədri, deputatlığa namizəd Navabzada Siraj Raisani də var. O, Bəlucistan əyalətinin keçmiş başçısı Navab Aslam Raisanin qardaşıdır. Raisani 2011-ci ildə terror hücumu nəticəsində 14 yaşlı oğlunu itirib.