Qarabağ-ın daha bir sabiq futbolçusu Astana-da


İdman 14 İyl 2018 09:43:00 258 0

Qarabağ-ın daha bir sabiq futbolçusu Astana-da

Qarabağ-ın sabiq futbolçusu Pedro Enrike karyerasını Qazaxıstanda davam etdirəcək. Goal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Astana-da çıxış edəcək. Müqavilə əsasında Yunanıstanın PAOK klubuna məxsus olan Enrike icarə əsasında Qazaxıstan təmsilçisinin şərəfini qoruyacaq.

Qəbələ-nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi komandada Azərbaycan millisinin üzvü Riçard Almeyda da çıxış edir. Pedro Enrike 2017-2018 mövsümünü icarə əsasında Qarabağ-da keçirib.