Google Paydə pulköçürmə funksiyası işə salındı


Digərləri 14 İyl 2018 08:41:00 263 0

Google Paydə pulköçürmə funksiyası işə salındı

"Google Pay" şirkəti "Google Pay" ödəniş servisini yeniləyərək onun imkanlarını genişləndirib.  

Son.az ICTnews-a istinadən bildirir ki, "Google Pay" və "Google Pay Send" əlavələrinin funksionallığı birləşdirilib. İndi servis istifadəçiləri arasında pul göndərmək və tələb etmək mümkündür. Lakin funksiyadan hazırda yalnız ABŞ istifadəçiləri yararlana bilər. Bundan başqa, hesabı bir neçə nəfər arasında bölmək olar - 5 nəfərədək iştirakçı dəstəklənir.

Digər yeniliklər arasında enmə talonları, konsert biletləri, loyallıq kartları, hədiyyə kartlarının və s. saxlanılması qeyd olunur.