Bu il Dubayda heç bir mənzil oğurluğu olmayıb


Digərləri 14 İyl 2018 08:35:00 289 0

Bu il Dubayda heç bir mənzil oğurluğu olmayıb

Təhlükəsizliyi təmin edən intellektual sistemin tətbiqi sayəsində bu il Dubayda heç bir mənzil oğurluğu faktı qeydə alınmayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Dubayın Cinayət Axtarışı Polisinin başçısı Rəşid Abdul Rəhman bin Zabavi Əl-Fələsinin bəyanatına görə, hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə həyata keçirilən mənzil təhlükəsizliyinin təmin edilməsi proqramına həm Əmirliklərin vətəndaşları, həm də ekspatriantlar tərəfindən böyük tələbat var. O bildirib ki, Dubay polisi mənzil oğurluqları ilə bağlı cinayətlərin səviyyəsini azaltmaq üçün bu sistemdən istifadə edir.

Təhlükəsizliyi təmin edən intellektual sistem məzuniyyətdə olan vətəndaşların mənzillərini qoruyan mühafizə mexanizmindən ibarətdir. Vətəndaşın ölkənin hüdudlarını tərk etməsindən, yaxud ölkədə səyahət etməsindən asılı olmayaraq bu sistem işləyir. Maraqlıdır ki, sistemdə qeydiyyatdan keçmək pulsuzdur: polis patrulları qeydiyyatdan keçən hər bir vətəndaşın evinin ətrafında tamamilə havayı dolanır, lazım gəldikdə isə şübhəliləri tutub saxlayır.