İsrail Aya avtomatik stansiya göndərəcək


Digərləri 14 İyl 2018 08:21:00 262 0

İsrail Aya avtomatik stansiya göndərəcək

ABŞ-ın "SpaceX" şirkəti İsrailin avtomatik stansiyasını Aya göndərəcək. Bu barədə "Space.com" portalı məlumat verib. "Falcon 9" raketdaşıyıcısı ilə həyata keçiriləcək buraxılış dekabra təyin olunub.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, modulun Ay səthinə enişi 2019-cu ilin fevralına planlaşdırılır. Layihə İsrailin özəl "SpaceIL" və dövlət "Israel Aerospace Industries" şirkətləri tərəfindən birgə hazırlanır.

Çəkisi 600 kiloqram təşkil edən aparat əvvəlcə "Google Lunar X Prize" layihəsi üçün hazırlanıb. O, Yer ətrafında elliptik orbitə çıxarılacaq, daha sonra Aya doğru uçuş trayektoriyasına keçəcək.