Android istifadəçilərinə təhlükəli virus hücum edib


Digərləri 14 İyl 2018 08:11:00 227 0

Android istifadəçilərinə təhlükəli virus hücum edib

"IBM X-Force" şirkətinin təhlükəsizlik üzrə tədqiqatçıları "Google Play" əlavələrində gizlənən "Anubis" adlı təhlükəli virus aşkarlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, kibercinayətkar qruplaşması tərəfindən zərərli proqram təminatı "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün onlarla proqramda gizlədilib. Viruslar internet mağazaları, maliyyə yardımçı funksiyaları və avtomobil əlavələri adı altında maskalanıb.

Bildirilir ki, yoluxdurulmuş proqramı qurğuya yüklədikdən sonra "Anubis" quraşdırılmış "Google Protect" antivirus adı ilə istifadəçinin fəaliyyətini skan etmək üçün hüquqlar tələb edir. Bundan sonra troyan telefon sahibi bank əlavələrində və elektron pul kisələrində fərdi məlumatları daxil edənədək ekranın şəklini (screenshot) çəkir.