Ukrayna dairəsində təmir işləri bir həftə davam edəcək


Digərləri 14 İyl 2018 08:12:00 292 0

Ukrayna dairəsində təmir işləri bir həftə davam edəcək

Bakının Ukrayna dairəsində təmir işləri təxminən bir həftə davam edəcək.

Son.az bildiriri ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri hissə-hissə aparılacaq: "Təmir işləri hissə-hissə aparılacaq. Dairənin bir hissəsi asfaltlanandan sonra açılacaq və digər hissədə təmir başlanacaq. Bu müddət ərzində həmin ərazidə hərəkət edən nəqliyyat vasitələrinin yolu dəyişdirilib. Dairəyə giriş bağlanan ilk gün ərazidə sıxlıq yaranmışdı. Səbəb sürücülərin əksəriyyətinin məsələdən xəbərsiz olması idi. Artıq ərazidə vəziyyət normallaşıb və sıxlıq yoxdur".