“Sky” uğrunda “div”lərin rəqabəti


Digərləri 14 İyl 2018 08:05:00 239 0

“Sky” uğrunda “div”lərin rəqabəti

ABŞ-ın telekommunikasiya korporasiyası "Comcast" Britaniyanın məşhur "Sky" teleşirkətini satın almaq üçün "21st Century Fox" media holdinqindən daha çox vəsait ödəməyə hazırdır.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Comcast" bu alış üçün 34 milyard dollar ödəməyə hazır olduğunu açıqlayıb. "Biz Sky"ı çoxdan bəyənirik və düşünürük ki, bu, möhtəşəm şirkətdir və bizə tam uyğundur. Bugünkü bəyanatımız "Comcast"ın buna əminliyini və "Sky"ı satın almağa istiqamətləndiyini göstərir", - deyə "Comcast"in açıqlamasında bildirilir.