Kompüter bazarında durğunluq hökm sürür


Digərləri 14 İyl 2018 07:31:00 279 0

Kompüter bazarında durğunluq hökm sürür

"Gartner" şirkəti dünya kompüter qurğuları (masaüstü sistemlər, noutbuk, ultrabuk, planşet, smartfon və mobil telefonlar) bazarı üzrə proqnoz təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, qiymətləndirməyə görə, 2017-ci ildə qeyd olunan kateqoriyalara aid qurğuların ümumi tədarükü 2,26 milyard ədəd səviyyəsində olub. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl satış həcmi 2,33 milyard ədəd təşkil edib. Beləliklə, 3 faizə yaxın azalma qeydə alınıb.

Analitiklərin proqnozuna görə, bu il bazarın həcmi 2,28 milyard ədədə çatacaq. Bu, ötən illə müqayisədə 0,9 faiz artıma uyğun olacaq.

2019-cu ildə tədarükün 2,30 milyard ədəd, 2021-ci ildə isə təxminən 2,31 milyard ədəd təşkil edəcəyi gözlənilir.