WhatsApp Hindistanda qətllərin qarşısını alacaq


Digərləri 14 İyl 2018 07:11:00 246 0

WhatsApp Hindistanda qətllərin qarşısını alacaq

"WhatsApp" messenceri Hindistan sakinləri üçün yalan xəbərlərlə mübarizə üzrə təlimat təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, təlimatda xəbərin mənbəyinə baxaraq digər resursların informasiyası ilə müqayisə etmək, fotoya diqqət yetirmək və xəbərdə yazılanla tutuşdurmaq, xəbərləri ehtiyatla yaymaq kimi əsas tövsiyələr yer alıb.

Məlumata görə, messencer təlimatı şayiələrin yayılması ilə əlaqədar baş verən qətllərin qarşısını almaq məqsədilə təqdim edib. Belə ki, Hindistanda messencerdə yayılan yalan xəbərlərə görə insanlara hücumların sayı artıb. İnsidentlərdən biri kimi kütlənin bir qrup insanı uşaqların oğurlanması ilə bağlı şayiələrə görə ölümcül döyməsi qeyd olunur. Baş vermiş hadisədə zərərçəkənlərin təqsiri sübuta yetirilməyib, hücum edənlər "Whatsapp"da fərziyyələrə inanıblar.