İnternet və sosial şəbəkələr Dövlətə və qanuna qarşı istifadə edilməsini necə önləməli?


Digərləri 14 İyl 2018 07:00:00 297 0

İnternet və sosial şəbəkələr  Dövlətə və qanuna qarşı istifadə edilməsini necə önləməli?

Gəncədə baş verən son hadisələr, terror və iğtişaşlar göstərdi ki, cinayətkarların, ölkədə asayişi pozmağa, qarışıqlıq yaratmağa çalışanlar qüvvələrin istifadə etdiyi silahlar arasında ən təhlükəli vasitə informasiya, internet və sosial şəbəkələrdir. Təbii ki, demokratik ölkə olaraq Azərbaycanda informasiya, söz və internet azadlığı təmin edilib. Lakin bundan sui-istifadə edərək dövlətə zərbə vurmağa çalışanların olması bu sahədə çatışmazlıqların aradan qaldırılması üçün bəzi zəruri tədbirlərin görülməsini zəruri edir.

Bununla bağlı Son.az-a açıqlamasında fikirlərini bölüşən tanınmış mütəxəssislərdən biri, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, internet və sosial media açıq şəbəkədir və hər kəs, hər bir qurum ondan informasiyanın əldə olunması, ötürülməsi, fikrin izah olunması üçün istifadə edə bilər, lakin bu o demək deyil ki, burda hər şey etmək və yaymaq olar:

Azərbaycanda bu cür hərəkətlərə yol verilməsi dinimizə və dövlətçiliyimizə qarşı xəyanətdir - Hacı Şahin Həsənli "Azərbaycan Respublikasının qanunvericiliyinə görə, internet hüquqi cəhətdən kütləvi informasiya vasitələri ilə eyni tutulur. Yəni KİV üçün nə qadağan olunubsa və ya nə olunmayıbsa, internetə də eyni şeylər şamil edilir.

Ona görə də ilk növbədə insanlar, istifadəçilər, qurumlar, xəbər resurslarının sahibləri fərqində olmalıdır ki, bunun açıq şəbəkə olması o anlama gəlmir ki, burda nə istəsə edə, yaza, kimisə təhqir edə, ondan dövlətçilik, milli maraqlar əleyhinə istifadə edə, qanunazidd məlumatlar yaya bilər. Yəni hamı bilməlidir ki, bəzi şeylər qanunla yasaqlanıb və buna görə məsuliyyət müəyyən edilib. Hətta bizdə bunula bağlı presedentlər də var. Artıq kimsə sosial şəbəkələrdə kimisə aşağılayıbsa, dövlətçilik və milli maraqlar əleyhinə nəsə edibsə, bununla bağlı məhkəmə çəkişmələri olub.