Balakən sakini iş yerində ölüb


Digərləri 13 İyl 2018 23:30:00 256 0

Balakən sakini iş yerində ölüb

Balakən rayon sakini Qaxda iş görən zaman qəfildən ölüb.

Son.az APA-ya istinadən bildirir ki, Balakən rayonu Katex kənd sakini, 1970-ci il təvəllüdlü Azər Şövkət oğlu Mukanayev bu gün günorta saatlarında Qax rayonu Marsan kənd inzibati ərazisində ot sahəsində işləyən zaman qəfildən halı pisləşərək yıxılaraq ölüb.

48 yaşlı Azər Mukanayevin meyiti ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

İlkin araşdırmaya görə, Azər Mukanayev ürək tutmasından vəfat edib.