Dərisi qaşınan qadında xərçəng tapılıb


Digərləri 13 İyl 2018 23:33:00 333 0

Dərisi qaşınan qadında xərçəng tapılıb

Dəri qaşınması xərçıngə işarə edə bilər? Bu suala əksəriyyətimiz mənfi cavab verəcək.

Dəri qaşınması əsasən allergiya və dəri xəstəlikləri ilə assosiasiya olunur.

Lakin çox nadir hallarda olsa da dəri qaşınması xərçəngin ilk simptomu kimi meydana çıxa bilər. Belə bir hadisə Nyu-York sakini olan Loren Çiarello adlı cavan qadının başına gəlib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, fitnes instruktoru işləyən cavan və sağlam Loren uzun müddət ərzində güclü dəri qaşınmasından əziyyət çəkirdi. Qadının dərisi sağlam idi, onun üzərində heç bir səpki və s. yox idi. Lakin buna baxmayaraq Lorenin dərisi, xüsusilə ayaqlar, qollar və qarın nahiyyəsi o dərəcədə güclü qaşınırdı ki, qadın hətta öz işi ilə məşğul ola bilmirdi.

Loren uzun müddət ərzində müxtəlif müayinələr və testlərdən keçirdi, müalicələr alırdı. Lakin bu heç bir effekt vermirdi.