İsti hava beyinə belə təsir edir FOTO


Digərləri 13 İyl 2018 23:21:00 274 0

İsti hava beyinə belə təsir edir  FOTO

ABŞ-ın Harvard Universiteti isti havanın insan beyninə təsirlərini araşdırıb.

Son.az yenicag.az-a istinasən xəbər verir ki, mütəxəssislər apardıqları çoxsaylı təcrübələrlə isti havada beyin funksiyalarının yavaşladığını sübut ediblər. Belə ki, temperatur yüksəldikcə məlumatların beyinə ötürülməsi prosesində nizamsızlıq yaranır. İşçilər və məktəblilər arasında aparılan müşahidə zamanı aydın olub ki, beynin istiyə qarşı dayanıqlı olmaması bütün yaş qrupları üçün keçərlidir. İsti otaqda oturanlar onlara təqdim olunan yaddaş testlərinin həllində olduqca çətinlik çəksələr də, temperaturu tənzimlənmiş otaqda oturanların 80%-i yaxşı nəticə göstəriblər.

İstiyə məruz qalan beyində sinirlərin tezliklərində fasilələrin yarandığı çəkilən tomoqrafiyalarda da aydın görünüb.


Xəbərə aid foto