28 yaşlı oğlanı çaqqal dişləyib


Digərləri 13 İyl 2018 23:24:00 283 0

28 yaşlı oğlanı çaqqal dişləyib

Qaxda bir nəfəri çaqqal, daha bir nəfəri isə sahibsiz it dişləyib.

Son.az APA-ya istinadən bildirir ki, bu gün günorta 16 radələrində rayonun Əlibəyli kənd sakini 1990-cı il təvəllüdlü Qiorqi Hato oğlu Qiqlişvili yırtıcı heyvan, axşam saat 19 radələrində isə rayonun Güllük kənd sakini 1985-ci il təvəllüdlü Balay Yaqub oğlu Mənəfov sahibsiz it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxansına (MRX) daxil olublar.

MRX-dan APA-ya bildirlib ki, Qiorqi Qiqlişviliyə yaşadığı evin həyətyanı sahəsinə giriş qapısının yanında çaqqal hucum edərək sağ ayağından dişləyib. Balay Mənəfova isə Qax şəhəri ərazisində sahibsiz it hucum edərək sol ayağın baldır nahiyəsindən dişləyib. Hər iki şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.