Azərbaycan neftinin SON QİYMƏTİ
Digərləri 13 İyl 2018 23:27:00 235 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar dollar/barel azdır. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 12-də 70,14 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.
Mənbə: milli.az