Evə tonometr alanlara TÖVSİYƏ


Digərləri 13 İyl 2018 22:50:00 332 0

Evə tonometr alanlara TÖVSİYƏ

Hipertoniyanı "lal qatil" adlandırırlar. Simptomsuz inkişaf edən bu xəstəlik insult və infarktın əsas səbəbidir.

Məhz bu səbəbdən həkimlər hər gün təzyiqi ölçməyi tövsiyə edir ki, bu hipertoniyanı vaxtında aşkar etməyə və müalicəyə başlamağa yardım edir.  

Arterial təzyiqi ölçən cihaz (tonometr) hər bir evdə olmalıdır. Tonometri düz seçmək lazımdır. Son.az saglamolun.az-a istinadən tonometrin düzgün seçilməsi ilə bağlı bəzi tövsiyələri verir.

Bilək nahiyəsinə taxılan tonometrlər daha kiçikdir və istifadədə asandır. Lakin manjeti olan və qolun yuxarı hissəsinə taxılan tonometrlər daha dəqiq və etibarlı sayılır.