Appendisit tutmasına rəğmən 9 əməliyyat icra edib. Fədakar cərrah VİDEO


Digərləri 13 İyl 2018 22:56:00 321 0

Appendisit tutmasına rəğmən 9 əməliyyat icra edib. Fədakar cərrah  VİDEO

Çində dövlət xəstəxanalarının birində işləyən cərrah Lyan Futsun səhər saatlarında qarında ağrı hiss edib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, cərrah ağrıkəsici preparatları qəbul edib və işə başlayıb. Axşama qədər dözülməz ağrılara baxmayaraq həkim 9 əməliyyat icra edib. Yalnız axşam məlum olub ki, cərrahın vəziyyəti çox ağırdır, qarın boşluğunda irinli prosess başlayıb və iltihablaşmış appendiks elə bu saat partlaya bilər.

Cərrah təcili əməliyyata götürülüb.

Əməliyyatlarların videolarında görünür ki, tibb bacısı elə əməliyyat masasının yanında cərraha ağrıkəsici iynə vurur. Lakin 3-cu əməliyyatdan sonra dərman da artıq kömək etmir və güclü ağrılardan əziyyət çəkən həkim cərrahiyyə masasından bir anlıq geri çəkilir və ağrıdan aşağı əyilir.