Diqqət! Dənizdə bu xəstəliklərə yoluxa bilərsiniz


Digərləri 13 İyl 2018 22:17:00 291 0

Diqqət! Dənizdə bu xəstəliklərə yoluxa bilərsiniz

Alimlər sübut edib ki, çimərlik və dənizdə istirahət edən insan bəzi xəstəliklərə yoluxa bilər.

İndiki çimərliklərin ekoloji vəziyyətini nəzərə alsaq, bu xəstəliklərin siyahısı arta bilər. Əgər çimərlik və hovuzdan qayıtdıqdan sonra özünüzü yaxşı hiss etməsəniz, mütləq həkimə müraciət edin.

Son.az medicina.az-a istinadən uşaqdan böyüyə hər kəsin çimərlikdə yoluxa biləcəyi xəstəliklərin siyahısını təqdim edir.

Qurdlar

Çimərlik qumu steril deyil. Orda itlər, pişiklər gəzir, dənizdən müxtəlif mikroorqanizmlər düşür. Ona görə bu qumda çox rahatlıqla parazit qurdları tapılır: askarid, toksokar, vlasoqlav. Bu səbəbdən qumun üzərində yox, şezlonq, topçan və ya heç olmasa dəniz dəsmalı, xüsusi örtüyün üzərində uzanmaq lazımdır.

Apteklərə boşuna pul xərcləməyin! Göbələydən təbii üsulla ...   Prostatiti yox edəcək güclü vasitə!   Məlum oldu ki, prostatit bu vasitədən it kimi qorxur   Agzinizda pis iy var? Veya həddindən artıq tərləyirsiniz? Çimərlikdə bacardıqca az yemək yeyin. Dırnaqlarınızın dibinə keşmiş yumurtalar ağzınıza düşə bilər. Yaxşı olar, çimdikdən sonra duş altında yaxalanıb, əllərinizi və dırnaqların dibini sabunla yuyub, sonra yemək yeyəsiniz.

Göbələk

Xüsusən yaş, nəm qumsallıq, torpaq, yaş çınqıl mikozların sevdiyi və çoxaldığı mühitdir. Göbələk daban və barmaqlara asanlıqla yapışır. Ona görə dəniz suyunun kənarına ayaqyalın yox, çimərlik başmağı ilə yaxınlaşıb gəzin.

Viruslar