AMEA: Naxçıvan şəhərində məskunlaşma 8 min il əvvəl başlayıb


Digərləri 13 İyl 2018 22:20:00 280 0

AMEA: Naxçıvan şəhərində məskunlaşma 8 min il əvvəl başlayıb

Naxçıvan təpə yaşayış yerində aparılan tədqiqatlar bu abidənin Eneolit dövrünün erkən mərhələsinə aid olduğunu, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığını göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

Arxeoloq yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycan deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.

Arxeoloq alim qeyd edib ki, Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası hazırda Duzdağda və Naxçıvan təpədə tədqiqat işlərini davam etdirir.