Dünyanın ən bahalı şəhərlərinin reytinqi


Digərləri 13 İyl 2018 21:59:00 212 0

Dünyanın ən bahalı şəhərlərinin reytinqi

İsveçrənin Sürix və Cenevrə şəhərləri dünyanın ən bahalı şəhərləridir.

Son.az xəbər verir ki, bu haqda UBS AG bankı tərəfindən aparılmış tədqiqatların nəticələrində deyilir.

Reytinqin "top-5"-liyində həmçinin Oslo, Kopenhagen və Nyu-York yer alıb. Siyahıya 77 şəhər daxil edilib.

Tədqiqata əsasən, Sürixdə evin icarəsi daxil edilmədən, malların və xidmətlərin minimal dəstini təmin edəcək aylıq gəlir 4260 dollar təşkil edir. Cenevrədə bu göstərici bir az daha azdır: 4165 dollar. Nyu-Yorkda isə aylıq 3673 dollara ehtiyac var.

Rusiyanın ən böyük şəhərləri olan Moskva və Sankt-Peterburq müvafiq olaraq 54 və 51-ci yerlərdə qərarlaşıb. Rusiyanın paytaxtında yaşamaq üçün xərclər 2260 dollar təşkil etdiyi halda, Sankt-Peterburqda bu göstərici 2300 dollardır.