Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol VİDEO


Digərləri 13 İyl 2018 21:53:00 243 0

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol  VİDEO

Əmlak Məsələləri Dövlət Komitəsi "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" adlı layihə həyata keçirir. Səyyar qeydiyyat xidməti vasitəsilə vətəndaşla qeydiyyat orqanının birbaşa ünsiyyətini yaratmaqla digər kənar əlaqələrin minumuma endirilməsi təmin olunacaq.

Son.az bildirir ki, vətəndaşlar ərazi idarələrinə getmədən bütün növ daşınmaz əmlaklar üzrə səyyar qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Əmlak Məsələləri Dövlət Komitəsi əmlakın kütləvi şəkildə yerlərdə qeydiyyatının aparılması ilə bağlı "əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" adlı yeni layihəyə start verir. Pilot layihə kimi ilk olaraq Abşeron rayonunda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilovun sözlərinə görə, sakinlər bütün növ daşınmaz əmlaklar üzrə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər.