Göygöldə yanğın baş verib


Digərləri 13 İyl 2018 21:30:00 197 1

Göygöldə yanğın baş verib

Göygöl rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata əsasən, rayonun Əlimədədli kəndində 200 ha biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı əkin sahələri və transformator yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.