Təzyiqi salan ən yaxşı 6 yay məhsulu


Digərləri 13 İyl 2018 21:10:00 270 0

Təzyiqi salan ən yaxşı 6 yay məhsulu

Yüksək təzyiq insan orqanizminə çox ciddi ziyan vurur, ürək və damarlarda, gözlərdə, böyrəklərdə ağır pozulmaların inkişafına səbəb olur.

Yüksək təzyiq infarkt və insultun əsas səbəbidir. Təzyiqi normada saxlamaq həyati vacibdir.

Həkimlər hipertoniyadan əziyyət çəkənlərə təzyiqi tənzimləmək üçün xüsusi dərmanlar təyin edir. Bəzi qida məhsulları da təzyiqi normaya salmağa kömək edir. 

Son.az saglamolun.az-a istinadən təzyiqi salan ən yaxşı yay məhsullarını təqdim edir:

- Pomidor

Likopin və kaliumla zəngin olan pomidor ürək-damar sistemi üçün çox faydalıdır. Likopin damarlarn sağlamlığını qoruyur. Kalium ürəyin fəaliyyətini yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir. Pomidorun faydasını artırmaq üçün onu bir qədər qızartmaq lazımdır. Bu pomidorda olan likopinin miqdarını xeyli artırır.

- Xiyar  

Xiyar da kaliumla zəngindir və həmçinin yüngül sidikqovucu təsir edir ki, bununla da ürəyə düşən gərginliyi azaldır.

- Qarağat