Azərbaycanlı aktrisa: "Arif Quliyevə həyat yoldaşı gözü ilə baxa bilməzdim, çünki..." FOTO


Kriminal 13 İyl 2018 21:05:00 1095 0

Azərbaycanlı aktrisa: "Arif Quliyevə həyat yoldaşı gözü ilə baxa bilməzdim, çünki..."  FOTO

Musiqili Teatrın aparıcı aktrisası Rəsmiyyə Nurun Son.az-a müsahibəsi.

- Rəsmiyyə xanım, teatr artıq məzuniyyətə çıxıb. Harada istirahət etmək fikriniz var?

- Bəli, artıq ayın 15-də tətilə çıxdıq. Fikrimdə bir neçə yer var. Kalininqrad, Türkiyə və bir də doğulduğum Zaqatalaya gedəcəyəm.

- Ümumiyyətlə, təkcə teatrda çalışırsınız?

- Xeyr, təkcə teatr deyil, "4 bacının bir qardaşı" adlı bir şou proqramımız var, işləyirik, məşq edirik. Arada bir konsertlərimiz olur, toya, xınayaxdıya gedirəm. Boş vaxtım az olur. İstirahətim avqust ayına düşür. Çünki hal-hazırda bir seriala dəvət almışam, yay serialıdır, onun çəkilişləri ilə məşğulam.

- Nə serialıdır ki?

- Serialın adı "Ay yay, yay"dır. 20 seriyalı bir ekran işidir, rejissorumuz Ramin Hacıyevdir. Burda da gözəl bir xarakterim olacaq, adım Almazdır. Ümidvaram ki, bu serial tamaşaçılara gözəl təsir bağışlayacaq. Həyat yoldaşımı da görkəmli sənətkarımız Arif Quliyev oynayacaq. Arif müəllimlə mən teatrda da bir neçə tamaşada tərəf müqabili olmuşam.

- Arif Quliyev sizin üçün həyatda ideal həyat yoldaşı ola bilərdi? 

- Xeyr, düşünə bilmirəm, gözlərimin önündən belə keçmir. Mənim xarakterim tam başqadır. Siz sual verdiniz, mən indi düşünürəm ki, belə bir şey ola bilərdi ki? Birincisi mən sənətə gələndə Arif Quliyev evli idi, uşaqları var idi,  ikincisi heç düşünə bilməzdim. Arif Quliyev gözəl insandır, mən ona həyat yoldaşı gözü ilə baxa bilməzdim.

- Həyat yoldaşınız xarakterinizə uyğun biri idi?

- Hardasa hə, demək olardı. Bəzən olurdu ki, fikirlərimiz bir-birinin üstünə düşməzdi. Əgər onun xarakteri mənim xarakterimə yad olsaydı, yəqin ki, mən aktrisa olmazdım.

- Özünüzə həyatda bağışlamadığınız səhviniz varmı?

- Bəli, var. Bəzən insan bilmədən elə bir səhv edir ki, özünü bağışlaya bilmir. Amma o səhvimi demək istəmirəm, çünki yadıma salıb özümü üzmək istəmirəm. Bəlkə də bu səhv mənim üçün bağışlanmazdır. Çünki xərçəng bürclərinin çox qəribə xüsusiyyətləri var, başqası üçün adi görünən bir şeyi xərçənglər böyüdüb fil edir.

- Bu səhviniz sizi narahat edirsə, niyə onu düzəltmirsiniz?