“DÇ- 2018 futbol tarixinin ən yaxşı turniridir”


İdman 13 İyl 2018 21:02:00 300 0

“DÇ- 2018 futbol tarixinin ən yaxşı turniridir”

DÇ-2018 yüksək səviyyədə təşkil olunub. Oyunların keçirildiyi şəhərlərdə heç bir problem olmadı. Dünyanın hər yerindən bura gələn insanlar futbolun gözəlliyindən zövq aldılar. İnsanlar burada qonaqpərvərlik gördülər. Hesab edirəm ki, mundial dünyanın Rusiyaya baxışını da tamamilə dəyişdi.Yüksək təşkilatçılığa görə, Rusiya hökumətinə, bu ölkənin prezidentinə təşəkkür edirəm”,- deyə ali qurumun rəhbəri bildirib.

FİFA prezidenti Canni İnfantino, dünya çempionatını yüksək səviyyədə təşkil etdiyinə görə Rusiya hökumətinə minnətdarlıq edib. Goal.az xəbər verir ki, İnfantino Rusiyanın ev sahibliyi etdiyi dünya çempionatını futbol tarixinin ən yaxşı turniri adlandırıb.