"Milyoner adam məni hovuzun dibində ..."


Digərləri 13 İyl 2018 20:50:00 263 0

"Milyoner adam məni hovuzun dibində ..."

Ötən gün "5/5"-də qonaq olan Niyam Salaminin canlı ifası aparıcı Zaur Kamalı məst edib.

Son.az xəbər verir ki, aparıcı Niyamın ifasından sonra "Deyirəm bir yaxşı bağ evin ola. Qəşəng hovuzun qırağında uzanasan. Niyamı da çağırasan "Niyam, səhərə qədər oxu"" fikirlərini səsləndirib.

Zaurun sözləri Niyaminin xoşuna gəlməyib:

"Mən səhərə qədər oxuyanlardan deyiləm. Sənin canın üçün. Heç milyoner adam məni hovuzun dibində oxuda bilməz. Özdə bu zamana kimi hovuzun qırağında oxumamışam. Mənim elə şeydən xoşum gəlmir". 

Zaur Kamal müğənniyə "Pulum olandan sonra harda istəsəm, oxutduraram səni" deyib.