36 boks hakimi AİBA-nın qəzəbinə tuş gəldi


İdman 13 İyl 2018 20:07:00 331 0

36 boks hakimi AİBA-nın qəzəbinə tuş gəldi

Beynəlxalq Boks Assosiasiyası (AİBA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çalışmış bütün hakimlərlə əməkdaşlığa son qoyub.  Goal.az xəbər verir ki, assosiasiya son olimpiadada iştirak edən 36 hakimdən imtina edib. Onlardan biri Azərbaycanı təmsil etmiş Rövşən Hüseynovdur. Hakimlərin hansı müddətə yarışlardan kənarlaşdırıldığı məlum deyil.

AİBA "Rio-2016"dakı hakimlikdən narazı qalıb. Bundan sonra hakim təyinatlarına cavabdeh olan Kərim Buzidi vəzifəsindən kənarlaşdırılıb.