Qarabağ-ın rəqibi gənc futbolçu transfer edib


İdman 13 İyl 2018 19:39:00 269 0

Qarabağ-ın rəqibi gənc futbolçu transfer edib

Qarabağ-ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın Olimpija yeni futbolçu transfer edib. Goal.az xəbər verir ki, Lyublyana klubu15 yaşlı Yan Baskerlə anlaşıb. Sloveniyanın gələcək vəd edən futbolçularından olan yarımmüdafiəçi əsas heyət üzvləri ilə birgə məşq edə və komanda ilə oyuna çıxa biləcək. O, həmçinin yeniyetmələrin çempionatında da iştirak edə bilər.

Qarabağ Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Olimpija-nı səfərdə 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşma iyulun 18-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 21:00-da başlayacaq.