Valideyn himayəsindən məhrum 243 gənc mənzillə təmin edildi


Digərləri 13 İyl 2018 18:00:00 244 0

Valideyn himayəsindən məhrum 243 gənc mənzillə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun "Məzun evi" Sosial Müəssisəsinin sakinlərinin əmək bazarına çıxış imkanlarının artırılması məqsədilə növbəti peşə hazırlığı kursu təşkil olunub.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti tərəfindən xalçaçılıq peşəsi üzrə təşkil olunan kursa "Məzun evi"ndən 23 nəfər gənc cəlb olunub. Onlardan 22 nəfəri qadındır.

Təcrübəli müəllimlər tərəfindən aparılan və iki ay davam edəcək kursun yekununda gənclər peşə hazırlığı zamanı əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək üçün kurs işi olaraq hazırladıqları əl işlərini təqdim edəcəklər. Kursu uğurla başa vuran gənclərə peşə sertifikatları veriləcək və onların həmin peşə üzrə məşğulluğu təmin olunacaq.