"Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində qayğı göstərilir"


Digərləri 13 İyl 2018 17:45:00 274 0

"Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində qayğı göstərilir"

"Regionlarda, xüsusən də ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində Natiq Davudov adına tam orta məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olarkən deyib.

C.Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanıldığını deyən nazir bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.