Təhsil naziri Tvinninq layihəsi çərçivəsində görülən işləri müzakirə etdi


Digərləri 13 İyl 2018 17:37:40 216 0

Təhsil naziri Tvinninq layihəsi çərçivəsində görülən işləri müzakirə etdi

Təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin idarəetmə komitəsinin ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa, Litva və Latviyadan olan nümayəndə heyəti ilə görüşüb.

Bakı. İlhamə İsabalayeva - Təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin idarəetmə komitəsinin ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa, Litva və Latviyadan olan nümayəndə heyəti ilə görüşüb. Trend-in məlumatına görə, görüşdə hər üç ölkədən olan layihə rəhbərləri ilə yanaşı, həmin ölkələrin ali təhsil üzrə qısamüddətli ekspertləri də iştirak edib.