Təhsil naziri: Ucqar yaşayış məntəqələrində məktəblərin tikintisi sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir


Digərləri 13 İyl 2018 17:19:00 256 0

Təhsil naziri: Ucqar yaşayış məntəqələrində məktəblərin tikintisi sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir

Ucqar yaşayış məntəqələrində məktəblərin tikintisi sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir Regionlarda- ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir.

Bakı. İlhamə İsabalayeva - Regionlarda, xüsusən də ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində Natiq Davudov adına tam orta məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olarkən deyib.