Pakistanda gün ərzində ikinci partlayış


Digərləri 13 İyl 2018 17:22:00 206 0

Pakistanda gün ərzində ikinci partlayış

Pakistanda seçkiqabağı mitinq zamanı gün ərzində ikinci dəfə partlayış törədilib

Bakı. Pakistanda seçkiqabağı mitinq zamanı gün ərzində ikinci dəfə partlayış törədilib. Trend-in məlumatına görə, bu dəfə Bəlucistan əyalətində yeni yaradılmış “Bəlucistan Avami” partiyasının mitinqində hücum qeydə alınıb. Partlayış nəticəsində azı 15 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb.